Azay Quliyev sülhlə bağlı şərtləri Berlin TV-yə şərh edib – VİDEO

0
azay-quliyev

8 saylı Binəqədi birinci seçki dairəsindən millət vəkili Azay Quliyev Almaniyanın Berlin TV kanalına müsahibə verib.

Bineqedi.info xəbər verir ki, Azay Quliyev Ermənistanın Azərbaycana qarşı uzun müddət təcavüzə hazırlaşdığını, danışıqlar prosesinin bilərəkdən pozduğunu və qəbul edilməz şərtlər irəli sürdüyünü və sentyabrın 27-də isə ölkəmizə hücum etdiyini bildirib.

Azay Quliyev Ermənistanın mülki əhaliyə qarşı müharibə cinayəti törətdiyini, rayon və şəhərlərimizin bombaladığını, işğalçı ölkənin üçüncü tərəfi münaqişəyə cəlb etmək istədiyini qeyd edib. Daha sonra millət vəkili Ali Baş Komandan cənab İlham Əliyevin sülh danışıqları ilə bağlı şərtlərini sadalayıb və yalnız bu şərtlər çərçivəsində danışıqların bərpa edilməsinin mümkünlüyünü diqqətə çatdırıb. Sonda Azay Quliyev Fransanın birtərəfli qaydada Ermənistanı müdafiə etməsinin ATƏT-in Minsk qrupunun həmsədrlik mandatına zidd olduğunu və işğalı təşviq etmək kimi qiymətləndirib, Almaniyanın Azərbaycan torpaqlarından Ermənistan qoşunlarının çıxarması haqqında işğalçı ölkəyə çağırış etməsinin vacibliyini bildirib.

Bineqedi.info

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin