Binəqədidə 17 yaşlı yeniyetmə dostu tərəfindən bıçaqlandı

0

Bakının Binəqədi rayonunda dava zamanı 17 yaşlı oğlan bıçaqlanıb.

Bineqedi.info apa-ya istinadən xəbər verir ki, hadisə Cəfər Cabbarlı küçəsində baş verib.

2003-cü il təvəllüdlü Şahmarzadə Ayxan Mobil oğlu dostu ilə əlbəyaxa dava zamanı bıçaqlanıb. Yaralı çoxlu qan itirərək xəstəxanaya çatdırılıb. O, cərrahi əməliyyat edilib.

Fakt Nərimanov Rayon Polis İdarəsində araşdırılır.