Binəqədidə yol qəzasında hər iki sürücü xəsarət aldı

0

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bineqedi.info-nun məlumatına görə, yol qəzası Binəqədi rayonunun Sulutəpə qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə ərazisində iki minik avtomobili toqquşub. Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsinin sürücüləri – 1983-cü il təvəllüdlü Manafov Taleh Xanoğlan oğlu və1972-ci il təvəllüdlü Məmmədov Elnur Ramiz oğlu xəsarət alıb. Yaralılar təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıblar və onların hər ikisinə döş qəfəsinin əzilməsi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.