“Qəbul imtahanından da maksimum nəticə gözləyirəm”- Buraxılışda 300 bal toplayan abituriyent

0

“İmtahandan sonra yüksək bal haqqında təsəvvürüm var  idi və bu nəticəni gözləyirdim.”

Bunu açıqlamasında iyulun 29-u və 30-buraxılış imtahanlarında  XI sinif üzrə maksimum – 300 bal toplayan abituriyent Əziz Kərimli deyib.

 O, Bakı şəhəri Binəqədi rayonu 276 nömrəli tam orta məktəbdən bu il məzun olub. Əziz Kərimlk bildirib ki, qəbul imtahanından da maksimal nəticəni gözləyir.

 “Qəbul imtahanının nəticələri hələ məlum olmasa da, maksimal nəticəni gözləyirəm. Pandemiyanın yaratdığı problemlər səbəbi ilə ilk dərslərdə müəyyən texniki çətinliklər olsa da, az müddətə hər şey öz qaydasına düşdü. Valideyinlərim də daim mənə köməklik göstərdilər.”

Əziz ADA universitetinin Hüquqşünaslıq fakultəsinə qəbul olmaq istədiyini qeyd edib.

O, imtahan hazırlaşan şagirdlərə – “Öz məqsədlərinə çatmaq üçün yorulmadan çalışmalıdırlar”-deyə öz tövsiyyəsini bildirib.

 Qeyd edək ki, iyulun 29-u və 30-u keçirilmiş buraxılış imtahanlarının (XI sinif üzrə) nəticələrinə əsasən, Bakı məktəblilərindən iki nəfər maksimum nəticə göstərərək 300 bal toplayıb.az.edu.az

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin