Binəqədidə videomüşavirə keçirilib

0
bineqedide-videomusavire.

Binəqədi Rayonunda, ölkə başçısı İlham Əliyevin “22-30” İyun 2020-ci il tarixlərində keçirdiyi görüşlər,iştirak etdiyi tədbirlər, imzaladığı fərman və sərəncamlar barədə “Məlumat saatı” formatında videomüşavirə keçirilib.

Bineqedi.info-ya verilən məlumata görə, müşavirədə Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, RİH başçısının müavinləri, Aparatın şöbə müdirləri, Rayon İcra Hakimiyyəti başçısının qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndələri iştirak edib. Açılış Nitqi ilə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gərgin fəaliyyətinin təzahürü olaraq ölkəmizdə COVİD 19 pandemiyasına qarşı aparılan mübarizənin qısa zamanda öz bəhrəsini verəcəyinə əmin olduğunu bildirib. E.Allahverdiyev ölkə başçısı cənab İlham Əliyevin dünyada yaranmış COVİD 19 böhranının həlli istiqamətində də təkcə ölkəmizdə deyil, dünyada da mühim rol oynadığını bildirib. E.Allahverdiyev qeyd edib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının və Qoşulmama Hərəkatının videoformatda Zirvə görüşlərinin keçirilməsi də buna sübutdur. Avropa İttifaqı isə ilk dəfə olaraq Qoşulmama Hərəkatının tədbirinə yüksək səviyyədə qoşulub. Bu prosesdə Azərbaycan dünyada birləşdirici rol oynadı. Təsadüfi deyil ki, hər iki tədbirin keçirilməsinə görə beynəlxalq miqyasda Azərbaycanın rolu çox yüksək qiymətləndirildi. Digər vacib məqam isə Azərbaycanın bir sıra ölkələrə yardım göstərməsidir. Azərbaycan indiyə qədər 30-dan çox ölkəyə humanitar yardım göstərib. Həmin ölkələrin əksəriyyəti Qoşulmama Hərəkatının üzvüdürlər. Bundan əlavə, Azərbaycan fərdi qaydada müvafiq beynəlxalq təşkilatlara da ianə verib. Beləliklə, dövlətimizin başçısının qeyd etdiyi kimi, pandemiya dövründə ən çox humanitar yardım göstərən ölkələrdən biri Azərbaycandır. Elxan Allahverdiyev bir neçə gün öncə dövlət başçımızın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi məsələsinin qaldırılmasının və bu təklifin BMT-nin üzvü olan 130-dan çox ölkə tərəfindən müsbət qarşılanmasının ölkə rəhbərinin dünya dövlətləri arasındakı böyük nüfuzundan xəbər verdiyini bildirib.Rayon İcra Hakimiyyətinin başçısı bildirdi ki, xüsusi sessiya pandemiya qarşısında beynəlxalq ictimaiyyətin tam olaraq səfərbər olunmasına şərait yaradacaq və bu qlobal təhdidə qarşı qlobal cavabın tapılmasına öz müsbət töhfəsini verəcəkdir. E.Allahverdiyev ölkəmizin üzv olduğu təşkilatlara indiyə kimi, öz mühim töhfələrini verdiyini və BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsinin də ölkəmizin siyasi-diplomatik uğurlarının növbətisi olacağını bildirib. Natiq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Baş Nazir Əli Əsədovun sədrliyi, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Zeynal Nağdəliyev, Daxili İşlər naziri Vilayət Eyvazov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev, Baş Prokuror Kamran Əliyev və 77 şəhər və rayonların İcra hakimiyyəti başçıları, prokurorları, daxili işlər və dövlət təhlükəsizliyi şöbələrinin rəisləri iştirak ilə Operativ Qərargahın geniş tərkibli Respublika videomüşavirəsi keçirildiyini və bu müşavirənin insan sağlamlığının ölkə başçısının və dövlət siyasətinin əsasını təşkil etdiyinin göstəricisi olduğunu bildirdi. Daha sonra ölkə başçısının imzaladığı fərman, sərəncam və keçirdiyi görüşlər haqqında çıxış etmək üçün söz Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılova verildi.

Bineqedi.info

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin