Binəqədidə qadına zəng etdiyinə görə öldürüb yük yerinə atdılar – Məhkəmə

0
deleduz-mehkeme-ogurluq-cinayet

Bakıda qətl hadisəsi törətməkdə təqsirli bilinən Allahverdi İsmayılov və Ramin Şamilovun barəsindəki cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Bineqedi.info saytı xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Samir Əliyevin icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək. Qeyd edək ki, hadisə ötən il noyabr ayında baş verib. Binəqədi rayonu, Sulutəpə qəsəbəsində “Mercedes” markalı avtomobilin yük yerindən Cəlilabad rayon sakini, 1972-ci il təvəllüdlü Elşən Abbasovun meyiti tapılıb. Araşdırma zamanı həmin şəxsin bədənində müxtəlif xəsarətlər aşkar olunub. Həmçinin, kişinin hər iki ayağı sındırılıb. Məlum olub ki, Elşən Abbasov başından aldığı daş zərbələri nəticəsində ölüb. Aparılan araşdırmalar zamanı noyabrın 10-da 40-cı polis bölməsinin əməkdaşları qətldə şübhəli bilinən Şəki sakinləri, 1999-cu il təvəllüdlü Allahverdi İsmayılovu və onun qohumu, 1987-ci il təvəllüdlü Ramin Şamilovu saxlayıblar. İstintaq araşdırması zamanı Elşən Abbasov təqsirləndirilən şəxsin qohumu olan qadına münasibət qurmaqla bağlı təkliflər edərək, ona davamlı zəng edib. Allahverdi İsmayılov telefon vasitəsilə Elşən Abbasovla əlaqə saxlayıb və onu Sulutəpə qəsəbəsində yaşayan qadının evinin qarışısında görüşə çağırıb və dostu Ramin Şamilovla birlikdə qadının gözləri qarşısında Elşən Abbasovu ölümcül döyüb, daha sonra cəsədi avtomobilin yük hissəsində gizlədiblər.

Ramin Şamilov və Allahverdi İsmayılovun barəsində Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddələri ilə ittiham verilib. Sözügedən qadına isə CM-nin 307.3-cü (qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmə) maddələri ilə ittiham verilib.