Binəqədidə 57 yaşlı kişi intihar etdi

0
resulzade-qesebesi

Bakının Binəqədi rayonunda intihar hadisəsi qeydə alınıb.

Bineqedi.info saytı oxu.az-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarından məlumat verilib. İyunun 16-da Rəsulzadə qəsəbəsində 1963-cü il təvəllüdlü Fuad Əliyev evində özünü asıb. Onun cəsədi qohumları tərəfindən aşkarlanıb. İlkin məlumatlara görə, kişi psixi pozğunluqdan əziyyət çəkib. Hadisə ilə bağlı istintaq rayon prokurorluğu tərəfindən aparılır. İntiharın səbəbləri dəqiqləşdirilir.