Binəqədidə karantin qaydalarını pozan daha bir restoran aşkarlandı, 5 nəfər saxlanıldı

0

Paytaxtın Binəqədi rayonunda xüsusi karantin rejim qaydalarına zidd olaraq, müəyyən olunan vaxtdan kənar, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan restoran aşkarlanıb.

Bineqedi.info saytı trend-ə istinadən xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinin Post Patrul Xidməti və 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə iyunun 9-da Sulutəpə dairəsində “Ailəvi” restoranın icarədarı və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar. Ümumilikdə 5 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, obyektin icarədarı B.Mirzəyev 200 manat, digərləri 100 manat cərimə olunublar.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin