Binəqədidə narkotik satan sahibkar 1 kiloqram heroinlə yaxalandı

0
polis-masini-hebs-cinayet

Bakıda heroin alveri ilə məşğul olan şəxs yaxalanıb.

Bineqedi.info saytı trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu ərazisində baş verib. Binəqədi rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsi əməkdaşları daxil olan məlumat əsasında Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Elman Əliyevi saxlayıb. Üzərinə baxış keçirilərkən ondan 1 kiloqram heroin, 0,480 qram marixuana, 0, 508 qram tiryək və 0,629 qram metanfetamin aşkar edərək götürülüb. Aparılan araşdırmalar zamanı məlum olub ki, E.Əliyev narkotik maddələri paytaxtın Nəsimi rayonu ərazisində özünə məxsus mebel sexində satırmış. Araşdırmalar zamanı həmin sexdən narkotik vasitələrin satışı üçün elektron tərəzi aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin