Binəqədidə motosiklet xəndəyə aşdı, xəsarət alan var

0
motosikl

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bineqedi.info saytı report-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, 1983-cü il təvəllüdlü İbrahimov Tural Hacı oğlu motosikletlə Bakı-Sumqayıt magistral yolunda hərəkətdə olarkən idarəetməni itirərək qəza törədib. Nəticədə motosiklet yolun təmir olunmuş hissəsində qazılmış xəndəyə aşıb. Qəza zamanı xəsarət almış T.İbrahimov təcili tibbi yardım briqadasının köməkliyi xəstəxanaya çatdırılıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin