Binəqədidə yanmış kişi meyiti tapılıb

0
meyit-qetl

Bakıda yanmış kişi meyiti tapılıb.

Aprelin 27-i saat 19 radələrində Binəqədi rayonu, “DSK yolu” 1-ci mədən adlanan ərazidə üzərində yanıq xəsarətləri olan naməlum kişi meyiti aşkar olunub.

Polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Bu zaman meyitin yanından “Argo” markalı siqaretin kötüyü, qablaşdırılmış spirt və kibrit aşkar olunaraq götürülüb.

İlkin araşdırma zamanı meyiti aşkar edilmiş şəxsin ətraf ərazilərdə “butılka” və dəmir yığıb satmaqla məşğul olduğu müəyyən olunub. Meyitin yanmamış hissələrində xəsarət izi aşkarlanmayıb. Daxili müayinə üçün məhkəmə tibb ekspertizası təyin olunub.

Meyitin şəxsiyyətinin müəyyən edilməsi üçün tədbirlər davam etdirilir. qafqazinfo

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin