UNICEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Binəqədidə gənclərlə görüşüb

0
bineqedi-gencler

Binəqədi Gənclər Evində UNICEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Edvard Karvardinin gənclərlə görüşü keçirilib. Görüş 2 fevral – “Gənclər Günü”nə həsr olunub.
Bineqedi.info saytına verilən məlumata görə, tədbirdə UNICEF-in Azərbaycan nümayəndəliyinin əməkdaşları, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələri və mətbuat nümayəndələri iştirak ediblər.

Görüşdə həmçinin, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi UNICEF-in tərəfdaşlığı, Binəqədi Gənclər Evinin təşkilatçılığı ilə keçirilən “Əsas Həyat Bacarıqları” layihə iştirakçıları və fəal könüllülər iştirak edib.

Görüş zamanı çıxış edən Edvard Karvardin Azərbaycan gənclər siyasəti və “Əsas Həyat Bacarıqları” layihəsinin uğurlarından danışıb.

O, gəncləri bu kimi layihələrdə fəal iştirak etməyə çağırıb. Gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb. Karvardin həmçinin, gələcək layihə və planlar barədə danışıb. Çıxış edən Binəqədi RİH nümayəndəsi Şəmsi Gülverdiyev qonağı salamlayıb və Dövlət gənclər siyasəti və Azərbaycan Hökuməti ilə BMT-nin birgə əməkdaşlığı barədə iştirakçılara məlumat verib.
Daha sonra qonaqlar tərəfindən UNICEF və Azərbaycan Hökumətinin birgə əməkdaşlığı çərçivəsində görülən işlər barəsində məlumat verilib. Görüş qarşılıqlı fikir mübadiləsi ilə davam edib.

bineqedi-gencler1.jpg

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin