Binəqədidə qadın mağazadan qızıl üzük oğurlayıb

0
besinci-polis-bolmesi.

Bakıda qadın mağazadan qızıl üzük oğurlayıb.

Bu barədə Bineqedi.info saytına Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 350 manat dəyərində qızıl üzük oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş G.Xəlilova saxlanılıb.