“Məktəblər arasında respublika çempionatı” layihəsinin Binəqədi rayon mərhələsi yekunlaşıb

0

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi və Azərbaycan Məktəb İdmanları Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən “Məktəblər arasında respublika çempionatı” layihəsinin Binəqədi rayon mərhələsi yekunlaşıb.

Bineqedi.info-nun məlumatına görə, stolüstü tennis idman növü üzrə yarış 30 oktyabr 2019-cu il tarixində 276 №-li tam orta məktəbdə keçirilib.
2004-2005-ci il təvəllüdlü şagirdlər arasında keçirilən yarışın nəticəsinə görə I yeri 267 №-li məktəb-liseyin komandası, II yeri 276 №-li tam orta məktəbin komandası, III yeri 144 №-li tam orta məktəbin komandası tutub.

Atletika idman növü üzrə yarış 5 noyabr 2019-cu il tarixində 244 №-li tam orta məktəbdə keçirilib.
2007-2009-cu il təvəllüdlü şagirdlər arasında keçirilən yarışın nəticəsinə görə I yeri 144 №-li tam orta məktəbin komandası, II yeri 100 №-li tam orta məktəbin komandası, III yeri 283 №-li tam orta məktəbin komandası tutub.

Voleybol idman növü üzrə yarış 8 noyabr 2019-cu il tarixində 248 №-li tam orta məktəbdə keçirilib.
2005-2007-ci il təvəllüdlü şagirdlər arasında keçirilən yarışın nəticəsinə görə I yeri 83 №-li məktəb-liseyin komandası, II yeri 314 №-li tam orta məktəbin komandası, III yeri 182 №-li tam orta məktəbin komandası tutub.

Basketbol idman növü üzrə yarış 13 noyabr 2019-cu il tarixində 248 №-li tam orta məktəbdə keçirilib.
2004-2005-ci il təvəllüdlü şagirdlər arasında keçirilən yarışın nəticəsinə görə I yeri 267 №-li məktəb-liseyin komandası, II yeri 299 №-li məktəb-liseyin komandası, III yeri 126 №-li tam orta məktəbin komandası tutub.

bineqedi mekteb yarish

bineqedi mekteb yarish