Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı 6-cı mikrorayon sakinləri ilə görüşüb

0
bineqedi rayonu qebul

14 noyabr 2019-cu il tarixdə 6-cı mikrorayonda yerləşən 246 saylı tam orta məktəbdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin sakinlərlə səyyar görüşü keçirilib. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri və Aparatın məsul şəxsləri, YAP Binəqədi Rayon Təşkilatının sədri, Rayon Gənclər və İdman İdarəsinin rəisi, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, aidiyyatı bələdiyyə sədri, hüququ-mühafizə orqanlarının əməkdaşı, xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak ediblər.

Bineqedi.info-ya verilən məlumata görə, çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstəriş və tapşırıqlarına uyğun olaraq, ölkəmizin hər yerində olduğu kimi Binəqədi rayonunda da mütəmadi surətdə yerli əhali ilə səyyar görüşlər keçirilir. Bu görüşlərdə əsas məqsəd sakinləri narahat edən məsələləri yerində dinləmək, RİH-in səlahiyyətləri çərçivəsində narahatlığa səbəb olan amilləri aradan qaldırmaqdır. Belə ki, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin prioritetini təşkil edir. Azərbaycanın bu günkü inkişafının yeni mərhələyə yüksəldilməsini hər birimiz gündəlik həyatımızda müşahidə edirik. Bütün bunlar, ölkə başçısının vətəndaşlara verdiyi yüksək dəyərin göstəricisidir. Bu gün ölkə rəhbərliyi tərəfindən görülən işlər hər bir vətəndaş tərəfindən yüksək qiymətləndirilir və cənab Prezidentin yorulmaz fəaliyyəti xalqımızın bütün təbəqələri tərəfindən dəstəklənir. Bir sözlə, görülən işlərin, həyata keçirilən tədbirlərin yeganə məqsədi Azərbaycan vətəndaşının daha sağlam, daha təminatlı və problemsiz yaşamasını təşkil etməkdir.

Sonra RİH başçısı bildirib ki, Binəqədi rayonunda da sakinləri narahat edən problemlər hər zaman diqqətdə saxlanılır və ölkəmizin inkişafı fonunda bu məsələlər mərhələli şəkildə öz həllini tapacaqdır.

Sakinlər onları narahat edən bir sıra məsələlərlə bağlı RİH başçısına müraciət edərək, elektrik enerjisi və təbii qazın təchizatının yaxşılaşdırılması, binalarda liftlərin dəyişdirilməsi, marşrut xəttinin dəyişdirilməsi və s. məsələlərlə bağlı müvafiq köməklik göstərilməsini xahiş ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev yekun nitqi ilə çıxış edib. O bildirib ki, üzərində vəzifə olaraq, ölkə başçısının tapşırıq və göstərişləri əsasında sakinləri narahat edən problemləri öyrənib, onların həlli üçün çalışır. Bu səbəbdən, hər həftə keçirilən səyyar görüşlərdə qaldırılan məsələlər qeydə alınır və bütün problemlərin müəyyən edilmiş müddətlərdə aradan qaldlrılması istiqamətdə işlər aparılır.

Sonda RİH başçısı sakinlərin müraciətləri ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verib.

 

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin