YAP Binəqədi rayon təşkilatının kollektivi ekskursiyada – Fotolar

0
bineqedi-yap-qobustan2.jpg

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının aylıq təsdiq edilmiş İş Planına uyğun olaraq əməkdaşlardan və gənclərdən ibarət kollektivi Qobustan Milli Tarixi-Bədii Qoruğuna ekskursiya edib.

bineqedi-yap-qobustan

Bineqedi.info saytına verilən məlumata görə, ekskursiyanın təşkil edilməsində əsas məqsəd Azərbaycanın zəngin tarixi keçmişinin, ənənələrinin, milli-mənəvi dəyərlərinin gənclər arasında araşdırılması, öyrənilməsi, təbliğ edilməsi, onlarda vətənpərvərlik hisslərinin daha da yüksəldilməsidir.

bineqedi-yap-qobustan1.jpg
Ekskursiya zamanı kollektivə qoruq və onun tarixi haqqında ətraflı verən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov bildirib ki, Qobustanda tapılan maddi mədəniyyət qalıqları kompleksinin tarix və mədəniyyət üçün müstəsna əhəmiyyəti nəzərə alınaraq 1966-cı il 9 sentyabr tarixində Qobustan dövlət tarixi-bədii qoruğu elan edilib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və səyi nəticəsində 2007-ci ildə UNESCO-nun Dünya Mədəni İrs siyahısına daxil edilib. Qoruq Bakının Qaradağ rayonu ərazisində, əsasən üç dağın (Böyükdaş, Kiçikdaş və Cingirdağ) yerləşdiyi böyük bir ərazini əhatə edir. Qoruq üçün muzey və inzibati bina kompleksi isə Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2011-ci ildə inşa edilərək istifadəyə verilib. Qoruqda əsasən Mezolit (orta daş dövrü) abidələri sərgilənir. Burada mağaralar, bulaqlar, flora və fauna, yaşayış yerləri, Ana zağa düşərgəsi, qayaüstü təsvirlər, qavaldaş və s. mövcuddur.

bineqedi-yap-qobustan3.jpg

Ramiz Göyüşovun sözlərinə görə gənclərimiz bu cür tarixi abidələrimizi və muzeylərimizi davamlı olaraq ziyarət etməli, xalqımızın çoxəsrlik tarixini dərindən bilməli və onun ən böyük təbliğatçısı olmalıdır. Çünki Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılması kimi müqəddəs missiyamızda gəncliyimizin üzərinə də böyük məsuliyyət düşür.
Qeyd edək ki, YAP Binəqədi rayon təşkilatı gənclərin asudə vaxtlarında ölkəmizin gəzməli, görməli tarixi yerlərinə mütəmadi olaraq gənclərin və partiya fəallarının səfərlərini təşkil edir.
İştirakçılar ekskursiyadan xoş təəssüratlarla ayrılıblar. Sonda xatirə şəkilləri çəkdirilib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin