Binəqədidə qayınla yeznənin ölümcül mübahisəsi – Təfərrüat

0
bineqedi-dava-mubahise-polis

Bakıda qayın yeznəsinə xəsarət yetirib.

Hadisə paytaxtın Binəqədi rayonu ərazisində baş verib. Rayonun Çiçək qəsəbəsində yaşayan Cəfərov Fərhad Məhərrəm oğlu qayını Qənbərov Mütəllim Ehtiram oğlu ilə mübahisə edib.

Mübahisə davaya çevrilib və M.Qənbərov küt alətlə F.Cəfərovun baş nahiyəsindən zərbələr endirib. Nəticədə F.Cəfərov qapalı kəllə-beyin travması, alın əzilməsi, beyin qansızması və digər ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi rayon Polis İradəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsilə cinayət işi başlanıb.trend

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin