Gəncəyə hərbi hissəyə gedən mikroavtobus qəzaya düşüb – 19 yaralı

0

Hacıqabul rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Hadisə Bakı-Qazax yolunun rayonun Qarasu kəndindən keçən hissəsində qeydə alınıb.

“Mercedes” markalı sərnişin daşıyan avtomaşınla “Ford” markalı avtomobil toqquşub. Nəticədə 19 nəfər xəsarət alıb.

Bakı sakinləri Qasımov Səxavət Saleh oğlu, Eyvazov Oktay Bəhruz oğlu, Eyvazova Aytəkin Məzahir qızı, Eyvazova İsmət Bəhruz qızı, Qasımova Güldanə Cavanşir qızı, Hacıyeva Səadət Böyükağa qızı, Rüstəmova Səkinə İbrahim qızı, Əlizadə Günel Zaur qızı, Eyvazov Bəhruz Oktay oğlu və Həsənov Qalib Cavanşir oğlu Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

gence-herbi-hisse-qeza

Xəsarət alanların digər hissəsi Şirvan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların adları hələ ki, müəyyənləşməyib.

Mikroavtobusda olan sərnişinlər Gəncəyə “N” saylı hərbi hissəyə əsgərlərin andiçmə mərasiminə gedirlərmiş.

Səhiyyə Nazirliyinin məlumatına görə, 19 yaralı var.

10 nəfər Şirvan, digər 9-u isə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Kürdəmir MRX-dan verilən məlumata görə, qəzadan sonra 6 qadın, iki kişi və bir azyaşlı oğlan gətirilib. Azyaşlının Bakıya Travmatologiya İnstituna (qolun amputasiyası), 2 kişinin isə Klinik Tibii Mərkəzə keçirilməsi qərara alınıb.

Şirvan MRX-da olan qadınların ikisində qapalı kəllə beyin travması etimal olunur. Yaralıların hamısına lazımi yardım göstərilir.report

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin