Binəqədidə qızlar arasında üzgüçülük turniri keçirilib – Qalib onlar oldular

0
uzguculuk-turniri-bineqedi-rayonu

Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Bakı Tennis Akademiyasında 12 avqust – Beynəlxalq Gənclər Günü münasibətilə qızlar arasında üzgüçülük turniri keçirilib.
Bineqedi.info-ya verilən məlumata görə, Brass üsulu ilə keçirilən üzgüçülük turnirində Aylin İbrahimova I yeri, Aylin Hüseynova II yeri, Nəzrin Rəhimli III yeri tutub.
Mükafatlandırma mərasimində çıxış edən Binəqədi rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Rafiq Nəsirov Beynəlxalq Gənclər Günü münasibətilə gənc idmançıları təbrik edib, onlara təhsildə və idman yarışlarında uğurlar arzulayıb.

uzguculuk-turniri-bineqedi-rayonu1

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin