Binəqədi polisləri oğurluqla məşğul olan yeniyetmələri yaxaladı

0
ogurluq-cinayet-polis

Oğurluqla məşğul olan yeniyetmələr yaxalanıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Bakı şəhər sakini İ.Tağıyevə məxsus içərisində 140 manat və 100 ABŞ dolları olan pul kisəsini oğurlamaqda şübhəli bilinən, paytaxt sakini olan yeniyetmə Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

İyulun 28-də isə Nəsimi rayonu ərazisindəki 3 mağazadan 135 manat pul, 2 mobil telefon və ətir oğurlamaqda şübhəli bilinən Yardımlı rayon sakini olan yeniyetmə Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin