Binəqədidə qəza – 3 maşını vurub, divara çırpıldı

0
Bakıda yük avtomobili yol-nəqliyyat hadisəsi törədib.
Hadisə Binəqədi rayonu Biləcəri qəsəbəsində qeydə alınıb.
Vasif Mahmudovun idarə etdiyi “MAZ” markalı yük avtomobili əyləci işləmədiyinə görə işıqforun yaşıl işığında hərəkətdə olan “Mercedes”, “Toyota” markalı minik avtomobillərini və “Hyundai” markalı kiçik tutumlu yük avtomobilini vurub. Daha sonra “MAZ” yolun kənarındakı divara çırpılıb.
Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.apa
qeza-yuk-masini-bineqedi1

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin