25 yaşlı usta ikinci mərtəbədən yıxılıb

0

Bakıda usta işlədiyi evdə hündürlükdən yıxılıb.

Bineqedi.info-ya verilən məlumata görə,  hadisə paytaxtın Binəqədi rayonunda baş verib.

Sabunçu rayonu, Maştağa qəsəbəsi, Gülçülük sovxozunda yaşayan 1994-cü il təvəllüdlü Cəfərov Səfər Qardaşbala oğlu Binəqədi rayonu, Novxanı qəsəbəsində 2 mərtəbəli evin ikinci mərtəbəsində fasad işləri görərkən elektrik enerjisi xəttinə toxunub. Hadisə nəticəsində 2-ci mərtəbədən yerə düşən S.Cəfərov ağır kəllə-beyin travması və digər xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin