Binəqədidə bir nəfəri döyüb xəstəxanalıq etdilər

0

Hadisə Binəqədi rayonu Sulutəpə qəsəbəsində yerləşən “555 kafe”sinin yaxınlığında qeydə alınıb.

Bineqedi.info xəbər verir ki, 1988-ci il təvəllüdlü İsmayılov Cabir Feyruz oğlu tanımadığı şəxs tərəfindən döyülüb. Üzündən xəsarət alan yaralı xəstəxanaya aparılıb. Ona üzün yumşaq toxumalarının əziyi, çənənin sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.