M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialı Binəqədi ərazisində yerləşir

0
lomonosov-adina-bineqedi-xocasen

Xocasən qəsəbəsinin ərazisində beş hektar sahədə yeni kompleksin tikintisinə 2010-cu ilin iyununda başlanmışdır. Yeddi korpusun daxil olduğu tədris kompleksi xüsusi dizaynla yüksək standartlar səviyyəsində, dünyanın tanınmış universitetlərinin təcrübəsinə əsaslanaraq ən son texnoloji nailiyyətlərlə inşa olunmuşdur. Kompleksə, həmçinin iki idman korpusu, müəllim və tələbələr üçün dörd yataqxana daxildir.
Burada, həmçinin xarici ölkələrdən və Azərbaycanın rayonlarından gələn müəllim və tələbələr üçün hər cür şəraiti olan yataqxanalar tikilmişdir.
Hazırda filialın yeni binasında 16 laboratoriya yaradılmışdır. Laboratoriyalarda müasir avadanlıq quraşdırılmışdır ki, bu da tədris prosesinin keyfiyyətinin yüksəldilməsinə imkan verəcəkdir.
Kompleksdə həmçinin əl oyunları zalı, üzgüçülük hovuzu və trenajor zalı da fəaliyyət göstərir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və xanımı Mehriban Əliyeva 2012-ci il sentyabrın 26-da M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının yeni tədris kompleksinin açılış mərasimdə iştirak etdilər.
Rektor: filologiya elmləri doktoru, professor Paşayeva Nərgiz Arif qızı
Ünvan: Xocasən qəsəbəsi, Universitet küçəsi 1
Telefon: (012) 598-93-30, (012) 510-96-08

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin