Binəqədidə söyüş üstündə adam bıçaqlayan keçmiş məhkuma hökm oxunub

0
agir-cinayetler-mehkemesi

Bakıda söyüş üstündə adam bıçaqlayan keçmiş məhkum İsmayıl İsmayılova hökm oxunub.

Bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

O, 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin oktyabrında paytaxtın Binəqədi rayonunda baş verib. İ.İsmayılov aralarında aralarında yaranan mübahisə zamanı Ramin Məmmədovu bıçaqlayıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Həkimlərin səyi nəticəsində onun həyatı xilas etmək mümkün olub.

Faktla bağlı İ.İsmayılov barəsində Cinayət Məcəlləsinin 126.1 (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.report