Binəqədidə qeyri-adi qəza: “Mercedes” iki “Prius”un üzərinə çıxdı – VİDEO

0
qeza-dyp-bineqedi

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Binəqədi rayonu Şövkət Məmmədova küçəsində qeydə alınıb.

Qəza zamanı “Mercedes” markalı avtomobilin sürücüsü idarəetməni itirərək, maşını eyni istiqamətdə hərəkətdə olan iki “Toyota Prius” markalı nəqliyyat vasitəsinin üzərinə çıxarıb.

Hadisə zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi maddi zərər dəyib.

Qəzanın görüntüləri sosial şəbəkədə yayılıb.

Həmin videonu təqdim edirik: