Binəqədi rayonunda kafedən oğurluq edən şəxslər saxlanılıblar

0
altinci-polis-bolmesi

Binəqədi rayonunda kafedən oğurluq edən şəxslər yaxalanıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bineqedi.info saytına bildirilib ki, martın 1-də rayon ərazisindəki kafelərin birindən 450 manat məbləğində pul və 1860 manat dəyərində iki ədəd televizor və samovar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar – E.Səmədov və M.Mikayılov rayon polis idarəsinin 6-cı polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.

Faktla bağlı şəhər polis idarəsində araşdırma aparılır.

Bineqedi.info