“Azərbaycanın 53 milyard dollar strateji valyuta ehtiyatı var”

0
milli-meclis-deputat

“Hazırda Azərbaycanın 53 milyard ABŞ dolları strateji valyuta ehtiyatı var”.
Bineqedi.info
 “report”a istinadla xəbər verir ki, bunu Milli Məclisin (MM) sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.
“İndiyə qədər ölkə iqtisadiyyatın şaxələndirilməsi, dünya iqtisadiyyatına inteqrasiyası istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Əldə etdiyimiz nailiyyətləri beynəlxalq qurumlar müsbət qiymətləndirib. Hazırda Qarabağ və Şərqi Zəngəzur bölgələrində yenidənqurma işləri həyata keçirilir. Bu işlər ölkəmizin öz hesabna görürük. Bu il də ölkəmizin qarşısında vacib işlər dayanır və əminik ki, bu işlər uğurla həyata keçiriləcək. Ötən il hökumətin hesabatı zamanı irəli sürülən təkliflər diqqətlə araşdırılıb,” – deyə o, qeyd edib.