Qulluq stajına görə pensiya artımları bu ay ÖDƏNİLƏCƏK

0

Respublika üzrə pensiyaların martın 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.

Bineqedi.info xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondundan (DSMF) bildirilib.

Qeyd edilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.

Xatırladaq ki, 2022-ci ilin 1 yanvar tarixindən etibarən qulluq stajına görə tətbiq olunan pensiya artımının yanvar, fevral ayları üçün olan artımı mart ayının pensiyası ilə birgə ödəniləcək.