Binəqədidə də “Kənddən şəhərə” yarmarkaları təşkil olunacaq

0
bazar-yarmarka-ticaret-kend-teserrufati.jpeg

5-6 mart tarixlərində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Kənddən şəhərə” həftəsonu yarmarkaları təşkil olunacaq.

Kənd Təsərrüfatı Nazirliyindən Bineqedi.info-ya verilən məlumata görə, yarmarkalar Bakı və Abşeron ərazisində üç fərqli ünvanda keçiriləcək:

– Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı)

– Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab” kinoteatrının yanı)

– Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A.

“Kənddən Şəhərə” həftəsonu yarmarkalarının təşkilində əsas məqsəd yerli fermer təsərrüfatları üçün alternativ satış kanalı yaratmaq, eyni zamanda şəhər sakinlərini təbii və sağlam kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir.

Budəfəki yarmarkalarda ümumilikdə 40-dan artıq regiondan 100-ə yaxın fermer tərəfindən 50-ə yaxın çeşiddə təbii kənd təsərrüfatı və qida məhsullarının satışı həyata keçiriləcək.

Bineqedi.info