Binəqədi rayonunda ASAN könüllüləri arasında stolüstü tennis yarışı keçirilib

0

5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə ASAN könüllüləri arasında stolüstü tennis yarışı keçirilib.
Bineqedi.info-ya verilən məlumata görə, “İdman həftəsi” çərçivəsində keçirilən yarış Binəqədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsində təşkil edilib.
Turnirin yekun nəticəsinə əsasən, “6 saylı Bakı ASAN xidmət könüllüləri” komandası qalib olub. “1 saylı Bakı ASAN xidmət könüllüləri” komandası ikinci, “2 saylı Bakı ASAN xidmət könüllüləri”nin stolüstü tennisçiləri isə üçüncü yerləri tutublar.
Qaliblər diplom və medallarla təltif ediliblər.

Bineqedi.info