Binəqədidə arvadını çəkiclə öldürmək istəyən şəxsin məhkəməsi başlayıb

0
deleduz-mehkeme-ogurluq-cinayet

Bakıda arvadını öldürməyə cəhddə təqsirləndirilən Sərdar Namazovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

Bineqedi.info saytı report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası martın 3-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin oktyabrında paytaxtın Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, 1957-ci il təvəllüdlü S.Namazov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 1969-cu il təvəllüdlü Gülnarə Namazovanın baş nahiyəsinə çəkiclə çoxsaylı zərbələr vurvaraq onu qəsdən öldürməyə cəhd edib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddəsi ilə cinayət işi başlanıb.

S.Namazov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.