Binəqədi rayonunda ağacəkmə aksiyası keçirilib – FOTOLAR

0
bineqedi-agacekme-xocali-soyqirimi
Binəqədi rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq Binəqədi İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xocəsən qəsəbəsində ağacəkmə aksiyası keçirilmişdir.
Bineqedi.info saytına verilən məlumata görə, keçirilmiş ağacəkmə aksiyasında Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, RİH başçısının müavinləri və aparatın şöbə müdirləri, YAP Binəqədi rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssiəsinin, ictimai birliklərin kollektivi, rayon ictimaiyyəti iştirak etmişdir.
Əkilən agaclar suvarılmış və ağaclara aqrotexniki qulluq göstərilmişdir.
1992-ci il fevralın 26-sı Azərbaycan tarixinə tarixin ən qanlı səhifələrindən biri kimi yazıldı. Fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun 366-cı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək dağıtdılar və yerli əhaliyə qarşı əsil genosid aktı törətdilər. Erməni yaraqlıları 366-cı alayın zabit və əsgərlərinin köməyilə şəhəri tanklarla və digər zirehli texnika ilə mühasirəyə alıb, bu qədim diyarın dinc əhalisini kütləvi şəkildə qırmağa başladılar. Yalnız Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş dəhşətli cinayət əməli nəticəsində 613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilib, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca idi. Nəticədə 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Bundan başqa, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi naməlumdur.
May be an image of 14 people, people standing, tree and outdoorsMay be an image of 6 people, people standing, tree and outdoors
May be an image of 4 people, people standing, tree and outdoors
May be an image of 8 people, people standing, outdoors and tree
May be an image of 5 people, people standing, tree and outdoors
May be an image of 6 people, people standing, tree and outdoors
May be an image of 7 people, people standing, outdoors and treeMay be an image of 6 people, people standing, tree and outdoors
May be an image of 7 people, outdoors and tree
May be an image of 5 people, people standing, tree and outdoors
May be an image of 6 people, people standing, outdoors and tree
May be an image of 4 people, tree and outdoors
May be an image of 3 people, people standing, outdoors and tree
May be an image of 9 people, people standing, tree and outdoors
May be an image of 4 people, people standing, tree and outdoors
May be an image of 15 people, people standing, outdoors and tree