Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Bizim böyük Qələbəmiz” adlı kitabın təqdimatı keçirilib – FOTOLAR

0
bizim-boyuk-qelebemiz-bineqedi
Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi tərəfindən uşaqlar üçün hazırlanan “Bizim böyük Qələbəmiz” adlı kitabın Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində yerləşən şəhid N. Fərəczadə adına 100 nömrəli tam orta məktəbdə təqdimat mərasimi keçirilib.
Bineqedi.info saytına verilən məlumata görə, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, Vətən müahribəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov, şəhid N.Fərəczadə adına 100 nömrəli tam orta məktəbin direktoru Gülnarə Məmmədova, məktəbin məzunları şəhid Samir Paşayevin anası Gültəkin Paşayeva, şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov və məktəbin kollektivi iştirak ediblər.
Tədbirdən əvvəl “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri tərəfindən şagirdlərə “Bizim böyük Qələbəmiz” kitabı tədqim edilib və qonaqlar məktəb şagirdlərinin hazırladığı əl işləri ilə tanış olub.
Tədbir torpaqlarımız uğrunda şəhadətə yüksəlmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükütlə yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə açıq elan olunub.
100 nömrəli tam orta məktəbin direktoru Gülnarə Məmmədova çıxış edərək məktəb kollektivi adından qonaqları salamlayıb, məktəbə təqdim olunan kitablara görə öz təşəkkürünü bildirib.
Daha sonra çıxış edən şəhid ailərinin üzvləri yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda təlim-tərbiyəsi istiqamətində bu kimi tədbirlərin əhəmiyyətli olduğunu vurğulayıb, həmçinin şəhidlərimizin əziz xatirəsinin uca tutulması istiqamətində görülən işlərə görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.
Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov çıxış edərək Şanlı Qələbəmizə həsr olunmuş kitablar haqqında məlumat verərək bildirib ki, uşaqlar üçün nəzərdə tutulan “Bizim böyük Qələbəmiz” kitabı ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin dahi sərkərdəlik məharəti və rəşadətli ordumuzun şücaəti sayəsində qazanılan Qələbəmiz barədə uşaqlar üçün nəzərdə tutulan ilk nəşrlərdən biridir və bu kitabın çap edilməsində əsas məqsəd uşaqlarda doğma vətənə sevgi hisslərinin aşılanması, onlar arasında milli vətənpərvərlik ruhunun və Azərbaycanın tarixi qələbəsini təbliğ etməkdir.
Binəqədi Rayonu İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev Ulu Öndərin vəsiyyətlərinə sədaqətlə əməl edərək onun siyası kursuna əsaslanıb özünəməxsus cəsarət, qəhrəmanlıq və qətiyyət göstərdi, xalqın, ordunun birliyi, şücaəti sayəsində işğal altında olan torpaqlarımızı erməni təcavüzkarlarından təmizlədi, dövlətimizin bütövlüyünü təmin etdi. S.Süleymanova həmçinin əlavə edib ki, “Bizim böyük Qələbəmiz” adlı kitabı nəsillərin görüşü adlandırmaq olar. Gələcək nəsillər, yəni balaca balalarımız bu kitabı vərəqləyərkən Zəfər tariximizi daha yaxından öyrənəcək, özlərində düzgün yanaşma formalaşdıracaqlar. S.Süleymanova Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən bundan sonra da yeniyetmə və gənclər arasında vətənpərvərliyin, doğma yurda sevginin, dövlətə sədaqətin təbliği istiqamətində olan layihələrin davam etdiriləcəyini diqqətə çatdırıb.
Tədbir məktəblilərin hazırladığı musiqi, şeir və rəqs kompazisiyaları ilə davam edib.
Bineqedi.info
Bir 11 kişi, oturan insanlar, ayakta duran insanlar ve iç mekan görseli olabilir
Bir 5 kişi, çocuk, oturan insanlar ve ayakta duran insanlar görseli olabilirBir 2 kişi, çocuk, oturan insanlar, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 10 kişi, çocuk, oturan insanlar, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 4 kişi, çocuk, ayakta duran insanlar, oturan insanlar ve iç mekan görseli olabilirBir 10 kişi, çocuk, oturan insanlar, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 11 kişi, çocuk, ayakta duran insanlar, oturan insanlar ve iç mekan görseli olabilirBir 6 kişi ve ayakta duran insanlar görseli olabilirBir 2 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 11 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 13 kişi ve ayakta duran insanlar görseli olabilirBir 2 kişi ve ayakta duran insanlar görseli olabilirBir 2 kişi ve ayakta duran insanlar görseli olabilirBir 2 kişi ve ayakta duran insanlar görseli olabilirBir 2 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 6 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 2 kişi ve ayakta duran insanlar görseli olabilirBir 9 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 7 kişi, oturan insanlar, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 11 kişi, oturan insanlar, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 21 kişi, ayakta duran insanlar ve askeri üniforma görseli olabilirBir 11 kişi, çocuk, ayakta duran insanlar ve askeri üniforma görseli olabilirBir 8 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 9 kişi, çocuk ve ayakta duran insanlar görseli olabilirBir 18 kişi, ayakta duran insanlar ve askeri üniforma görseli olabilirBir 15 kişi, ayakta duran insanlar, askeri üniforma ve iç mekan görseli olabilirBir 4 kişi, ayakta duran insanlar, müzik enstrümanı çalan insanlar, gitar ve iç mekan görseli olabilirBir 4 kişi, ayakta duran insanlar, askeri üniforma ve iç mekan görseli olabilirBir 1 kişi ve kitap görseli olabilir