Müəllimlərin işə qəbulu qaydalarında DƏYİŞİKLİK

0

Müəllimlərin işə qəbul imtahanları (MİQ) ilə bağlı dəyişikliklər açıqlanıb.

Bineqedi.info xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov bu gün keçirilən onlayn brifinqdə məlumat verib. Nazirlik rəsmisi bildirib ki, müəllimlərin işə qəbulu ilə bağlı müsabiqəyə müraciət edən namizədlərin sayı artıb:

“Nəzərdə tutulan dəyişikliklərə görə, işə qəbul müsabiqəsində imtahanda test imtahan mərhələsi cavablandırma səviyyəsi, ayrılan vaxt təhlil edilərək 90 dəqiqə ərzində sualların cavablandırılması üçün kifayət etmir. Bununla əlaqədar imtahan müddətinin 120 dəqiqəyə qədər artırılması barədə qərar qəbul edilib. Test imtahanına 60 sual təqdim olunacaq, amma bunun cavablandırılmasına görə qiymət fərqli olacaq, 100 bal toplaya biləcəklər. 40 ixtisas sualı olacaq, hər düzgün cavaba 2 bal veriləcək, 20 metodika sualı olacaq ki, bu zaman düzgün cavablandırlmaya görə 1 bal tətbiq ediləcək. Səhv cavablandırılmış 4 testin cavabına görə 1 düzgün cavab silinəcək”.

İyul ayında müəllimlərin işə qəbul imtahanları keçiriləcək.

İmtahanların vaxtında hər hansı dəyişiklik nəzərdə tutulmur:

“MİQ imtahanları iyul ayında başlayacaq, avqusta qədər davam edəcək. Bu il də işə qəbul zamanı təxminən eyni sayda vakant yerlər elan ediləcək. Bu məsələdə artım dinamikasının davam edəcəyini düşünürük. Ötən il müəllimlərin işə qəbulu müsabiqəsi üçün 8 minə yaxın vakansiya elan etmişdik. Amma daha sonra tədris ili ərzində əlavə 5 minə yaxın yer elan edildi”.

Bineqedi.info