Binəqədidə 30 yaşlı şəxsin ölməsi ilə bağlı cinayət işi açılıb

0
bineqedi-rayon-prokurorlugu

Binəqədidə kıda 30 yaşlı şəxsin ölməsi ilə bağlı cinayət işi açılıb.

Bineqedi.info xəbər verir ki, bu barədə Binəqədi Rayon Prokurorluğunun məlumatında bildirilib.

Bildirilib ki, fevralın 13-ü saat 02 radələrində Binəqədi rayonu ərazisində 1992-ci il təvəllüdlü E. İbadovun almış olduğu xəsarətlər nəticəsində xəstəxanaya aparılarkən yolda ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla müəyyən edilib ki, 1999-cu il təvəllüdlü Y. Quliyevin aralarında baş verən mübahisə zamanı 1998-ci il təvəllüdlü Z. Həşimli və 1992-ci il təvəllüdlü E. İbadovu taxta parçası ilə döyərək onlara xəsarətlər yetirib, nəticədə E. İbadov almış olduğu xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Y. Quliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Bineqedi.info