Binəqədi qəsəbəsi ərazisində tutulmuş şəxsin ibtidai istintaqı yekunlaşıb

0
bineqedi-rayon-polis-idaresi-43-polis-bolmesi-qirxucuncu1

Bakıda qanunsuz narkotik maddələrin dövriyyəsində təqsirləndirilən Sənubər Vəliyeva və onun tanışı Taleh Əliyevin cinayət işi üzrə ibtidai istintaqı yekunlaşıb.

Bineqedi.info saytı report-a istinadən xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Əfqan Hacıyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, S. Vəliyeva 2021-ci ilin oktyabrında Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən Binəqədi qəsəbəsi ərazisində tutulub. Polis Bölməsində onun əlindəki çantaya baxış zamanı 1 kiloqram 92 qram narkotik vasitə heroin, 115 qram psixotrop maddə metamfetamin, 1 ədəd elektron tərəzi və bank kartları aşkar olunaraq götürülüb.

Araşdırma zamanı bu şəxsin narkotik vasitələri sosial şəbəkələrdə tanış olduğu xarici ölkələrdən birinin vətəndaşından satmaq məqsədi ilə onlayn yolla aldığı məlum olub.

Daha sonra onun tanışı T.Əliyev də saxlanılıb.