Rövnəq Abdullayev SOCAR rəhbəri vəzifəsindən azad edildi

0
prezident-serencam-ilham-eliyev

Rövnəq Abdullayev Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti vəzifəsindən azad edilib.

Rövnəq Abdullayev SOCAR rəhbəri vəzifəsindən azad edildi

Bineqedi.info xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Qeyd edək ki, R.Abdullayev 2005-ci ildən ARDNŞ-nin prezidenti idi.

Rövşən Nəcəf SOCAR-ın birinci vitse-prezidenti oldu

İqtisadiyyat nazirinin birinci müavini Rövşən Nəcəf vəzifəsindən azad edilib.

Dövlət başçısının digər sərəncamı ilə N. Nəcəf Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti təyin edilib.

Dövlət Neft Şirkətinin prezidenti vəzifəsinin müvəqqəti icrası Rövşən Nəcəfə həvalə edilib.

Rövnəq Abdullayev iqtisadiyyat nazirinin müavini təyin edilib.

Bu barədə Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.