Binəqədidə bir ailənin 8 üzvü dəm qazından zəhərlənib

0
bineqedi bileceri yolu

Bakıda dəm qazından kütləvi zəhərlənmə hadisəsi baş verib. Bineqedi.info saytı “Report”a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Gülüstan qəsəbəsində 1961-ci il təvəllüdlü M. Savalan Bəşir oğlu, 1969-cu il təvəllüdlü M. Zülfiyyə Rəsul qızı, 1999-cu il təvəllüdlü M. Ülviyyə Savalan qızı, 1993-cü il təvəllüdlü M.  Aişən Savalan qızı, 2014-cü il təvəllüdlü H. Nigar Emin qızı, 2016-cı il təvəllüdlü H. Zəhra Emin qızı, 2006-cı il təvəllüdlü H. Bəşir Savalan oğlu və 1 yaşlı M. Nihad Anar oğlu yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.