Binəqədili gəncləri tanıyaq: Aysel Natiq qızı Əliyeva

0
aysel-eliyeva-bineqedi

Aysel Natiq qızı Əliyeva 10 sentyabr 2004-cü ildə anadan olub.

Bineqedi.info saytı Binəqədi rayon Gənclər və İdman İdarəsinə istinadən xəbər verir ki, 2010-2013-cü illərdə Bakı şəhəri 278 Nömrəli Tam Orta Məktəbdə təhsil alıb.

2013-cü ildən Bakı şəhəri Binəqədi rayon 276 Nömrəli Tam Orta Məktəbdə təhsilini davam etdirib.

Məktəb tədbirlərində, olimpiada və yarışlarda fəal iştirak edib. Həmçinin kiçik yaşlarından fortepiano üzrə musiqi ilə məşğul olub, 2014-cü ildə Binəqədi rayon 11 saylı Musiqi Məktəbinə fortepiano üzrə daxil olub.

2021-ci ildə Binəqədi rayon 276 Nömrəli Tam Orta Məktəbdə təhsilini fərqlənmə attestatı ilə başa vurub, elə həmin il Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda 619 bal toplayaraq Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadiyyat Məktəbi fakültəsinə qəbul olub.

Bineqedi.info