Binəqədidə dosentin yol qəzasına düşməsi nəticəsində 800 manatlıq ziyan dəyib

0
polis-karantin-cerime

Bakıda dosentin yol qəzasına düşməsi nəticəsində 800 manatlıq ziyan dəyib.

Hadisə paytaxtın Binəqdi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, Bakı Mühəndislik Universitetinin “Mühəndislik” fakültəsinin dekan müavini, dosent Osman Mirzəyevin idarə etdiyi avtomobil sərnişin avtobusu ilə toqquşub. Nəticədə xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə ziyan dəyib.

Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, sxemi tərtib edilib, sonra ərazi üzrə Təhlükəsiz Şəhər kameraları incələnib.

Müəyyən olunub ki, avtobus sürücüsü manevr qaydalarını pozaraq yol-nəqliyyat hadisəsi törədib.

Daha sonra tərəflər razılığa gəlib və O.Mirzəyevə 800 manat miqdarında dəymiş maddi ziyan ödətdirilib.

Mənbə: Report