Binəqədidə 17 yaşlı oğlan avtomobili dörd maşına çırpdı – Video

0
polis-masini-hebs-cinayet

Bakıda baş verən ağır zəncirvari qəzanın görüntüləri yayılıb.

Bineqedi.info saytı Oxu.Az-a istinadən xəbər verir ki, hadisə zamanı “JEEP” markalı avtomobil əvvəlcə eyni istiqamətdə hərəkətdə olan “Toyota”ya, daha sonra yol kənarında park halında olan “Mercedes”, “Hyundai” və BMW markalı maşınlara çırpılıb.

Qəza Binəqədi rayonu Abay Kunanbayev küçəsində qeydə alınıb.

Yayılan məlumatlara görə, hadisə zamanı “JEEP” markalı avtomobilin sükanı arxasında 17 yaşlı oğlan olub.

Həmin görüntüləri təqdim edirik: