Layihəyə Binəqədi rayon 283 nömrəli məktəbdən start verildi – FOTOLAR

0
mekteblilerle-beraber-bineqedi-283-sayli-mekteb
2 Fevral – Azərbaycan Gəncləri Gününün təsis edilməsinin 25 illiyi münasibətilə elan olunmuş “Gənclər həftəsi” çərçivəsində “Məktəblilərlə bərabər” layihəsinə Binəqədi rayon 283 nömrəli məktəbdən start verilib.
Bineqedi.info saytı xəbər verir ki, Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və Binəqədi Gənclər Evinin birgə təşkilatçılığı ilə layihə çərçivəsində məktəbli gənclər Binəqədi Rayon Gənclər və İdman İdarəsinin fəaliyyəti ilə, Binəqədi Gənclər Evinin onlar üçün yaratdığı imkanlar və xidmətlərlə tanış olublar.
Layihənin əsas məqsədi gənclərin sosial fəallığının yüksəldilməsi, şəxsi və karyera inkişafı, yaradıcılığı və idmana marağın artırılması, həmçinin idea və istəklərinin öyrənilməsidir.
Sonda gənclər qoşulmaq istədikləri fəaliyyət istiqamətləri üzrə Qeydiyyat vərəqlərini doldurublar.
Bineqedi.info
Bir 8 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir
Bir 8 kişi ve ayakta duran insanlar görseli olabilir
Bir 4 kişi ve iç mekan görseli olabilir
Bir 2 kişi, oturan insanlar, ayakta duran insanlar ve iç mekan görseli olabilir
Bir 8 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir