Binəqədidə sərnişin avtobusu maşına çırpıldı – FOTOLAR

0

Bakının Binəqədi rayonunda yol qəzası baş verib.

Bineqedi.info saytı APA-ya istinadən xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb.

“Daewoo” markalı 108-B marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunun sürücüsü Vüsal Məmmədov sükana nəzarəti itirərək yol ayrıcında olan “Opel” markalı avtomobilə çırpılıb. Nəqliyyat vasitəsi zərbənin gücündən işıq dirəyinə dəyərək dayanıb. Avtobus isə işıqfora çırpılıb. Hadisənin səbəblərini Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

Bineqedi.info