Putin Türkiyəyə, Ərdoğan Ukraynaya səfər edəcək

0
receb-tayyib-erdogan

Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın Türkiyəyə səfərlə bağlı dəvətini qəbul edib.

Bineqedi.info xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

“İki ölkə başçısının iş qrafiki uyğun olan kimi, Putin Türkiyəyə səfər edəcək”, – Peskov bildirib.

O qeyd edib ki, iki prezidentin rəhbərlik etdiyi hökumətlərarası komissiyanın və ikitərəfli münasibətlərin ali orqanının keçirilməsində müəyyən fasilə yaranıb. Ərdoğan bütün bu tədbirləri Türkiyədə keçirməyə hazır olduğunu bildirib. Prezident Putin dəvəti minnətdarlıqla qəbul edib. Onlar razılaşıblar ki, epidemioloji vəziyyət və qrafiklər imkan verən kimi, mütləq bu dəvətdən yararlanacaq.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə fevralın 3-də Ukraynaya səfər edəcək.

Bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Fevralın 3-də Ankara ilə Kiyev arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü qeyd olunacaq.