Binəqədidə avtomobil 8 yaşlı uşağı vuraraq ayağını sındırıb

0
bineqedi-tecili-yardim

Bakıda 8 yaşlı uşağı avtomobil vuraraq ayağını sındırıb.

Hadisə Binəqədi rayonunda qeydə alınıb. Biləcəri qəsəbəsində yolu keçən 2014-cü il təvəllüdlü İsrafilli Tunar A. oğlunu avtomobil vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol baldır sümüklərinin yerdəyişən sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır. report