Prezident İlham Əliyev icra başçıları ilə bağlı sərəncamlar imzaladı – YENİ TƏYİNAT

0
prezident-qosulmama-herekati-cixis

İradə Gülməmmədova Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Bineqedi.info xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Qeyd edək ki, İradə Gülməmmədova 2015-ci ilin sentyabrından Abşeron RİH-nə rəhbərlik edirdi.

Prezident İlham Əliyev Abdin Fərzəliyevlə bağlı da Sərəncam imzalayıb.

Bineqedi.info xəbər verir ki, Sərəncama əsasən, Abdin Ələsgər oğlu Fərzəliyev Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Digər Sərəncamla, o, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.