Milli Azərbaycan Tarixi Muzeyində Binəqədili şəhid Fəxrəddin Qurbanlıya məxsus əşyalar qorunur

0
aprel-sehidi-fexreddin-qurbanli

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fondunda Aprel döyüşləri şəhidi Fəxrəddin Qurbanlıya məxsus əşyalar qorunur.

Bineqedi.info saytı xəbər verir ki, Fəxrəddin Qurbanlı 1994-cü ildə Bakı şəhərinin Binəqədi rayonunda anadan olub.

O, Azərbaycan Universitetində sosial iş ixtisası üzrə təhsil alıb.

Fəxrəddin Qurbanlı 2016-cı ildə Aprel döyüşlərində iştirak edib, düşmənə qarşı döyüşlərdə igidlik və fədakarlıq nümunəsi göstərib, şəhidlik zirvəsinə ucalıb.

O, Azərbaycan  Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medal ilə təltif edilib.

Bineqedi.info