Binəqədidə iki avtobus toqquşub – Xəsarət alan var

0

Bakıda iki avobus toqquşub.

Bineqedi.info xəbər verir ki, yol nəqliyyat hadisəsi isə Binəqədi şossesi Binəqədi kəndi istiqamətində olub. “Çinar Trans” MMC-nin müvəqqəti istismarında olan 133 və 165 nömrəli müntəzəm marşrut xətti üzrə iki avtobus toqquşub.

Daşıyıcı şirkət “Çinar Trans” MMC-dən verilən məlumata görə hadisə nəticəsində 1 nəfər xəsarət alıb.

Hadisə ilə bağlı Bakı Nəqliyyat Agentliyi tərəfindən müvafiq araşdırma aparılır.

Daşıyıcı şirkətin rəhbərliyi Agentliyə çağırılıb.

Bineqedi.info