Binəqədi sakinləri Prezidentə yazırlar – MƏKTUBLAR

0
prezident-bineqedi

Prezident İlham Əliyevə vətəndaşlardan təşəkkür və dəstək məktubları gəlməkdə davam edir. 

Bineqedi.info saytı Binəqədi rayon sakinlərinin dövlət başçımıza yazdıqları həmin məktublardan bir neçəsini təqdim edir:

Salam Ordumuzun Müzəffər sərkərdəsi!

Mən, Vətən müharibəsi əlili Oruclu Muradxan Zöhrab oğlu Sizə öz dərin təşəkkürümü bildirirəm. Həm siyasətinizə, həm düşmən ölkəyə göstərdiyiniz gücünüzə, həm də biz müharibə əlillərinə ayırdığınız diqqətə görə minnətdaram Sizə.

Allah daim millətimizi, torpaqlarımızı qorumağa bizə güc versin. Sizin kimi sərkərdənin əsgəri olduğum üçün qürurluyam və başım dikdir. Bizdə bu əminliyi, bu özünəinamı yaratdığınız üçün çox sağ olun.

Ulu Tanrı Sizi qorusun!

Hörmətlə,

Sizin əsgəriniz Oruclu Muradxan Zöhrab oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi.

***

Əziz Prezidentimiz!

Qəhrəman Vətən övladlarının uğrunda canlarını fəda edərək şəhid olduqları doğma Azərbaycanımızın bütün sahələrdə inkişafını, beynəlxalq aləmdə güclənməsini, söz və nüfuz sahibi olmasını gördükcə biz şəhid ailələri də qürur hissi keçiririk. Eyni zamanda, Sizin şəhid ailələrinə xüsusi qayğınız, onların sosial təminatını və yaşayış səviyyəsini yaxşılaşdırmaq üçün gördüyünüz işlər bizə böyük təsəlli verir.

Mən, şəhid Dostəli Məməmdovun anası göstərdiyiniz qayğıya görə Sizə dərin təşəkkürümü bildirirəm. Ailəmizə təqdim olunan mənzilə görə çox sağ olun! Siz xalqımıza dəstək olduğunuz kimi, xalqımız da hər zaman Sizə dəstəkdir.

Fürsətdən istifadə edərək, Sizi doğum gününüz münasibətilə təbrik edir, Sizə uzun ömür, cansağlığı arzu edirəm. Allah Sizin kölgənizi biz şəhid ailələrinin və bütövlükdə Azərbaycan xalqının başı üzərindən əskik etməsin.

Hörmətlə,

Məmmədova Əzimə, şəhid anası.

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu, Ramana qəsəbəsi.

***

Hörmətli cənab Prezident.

Sizə bu məktubu ünvanlayan əkiz uşaq anası Aytəkin Xəlilzadədir. Övladlarım dünyaya göz açanda sevincimizin həddi-hüdudu yox idi. Təəssüflər olsun ki, bir müddətdən sonra körpələrdən birinin eşitmə-danışma qüsurlu olduğunu anladıq. Bizə bildirdilər ki, körpə 3 yaşa qədər əməliyyat olunmalıdır.

Hörmətli cənab Prezident, Sizə və Mehriban xanıma ailəmizin adından təşəkkür edirik. Sizlərin sayənizdə qızım əməliyyat olundu. Hazırda onun 4 yaşı var. Eşitməyə və danışmağa başlayıb. Qızımın eşitməyində və danışmağında ona kömək göstərən və dövlət tərəfindən ayrılan sosial xidmət işçilərindən də razıyıq. Dövlətimizin daim bizim yanımızda olduğunu hiss edirik.

Hörmətli cənab Prezident, Ulu Öndərimizin layiqli davamçısı olaraq, xalqımızın rifahı naminə gördüyünüz işlərdə Sizə yeni uğurlar arzulayır, ailəmizin adından “çox sağ olun” deyirəm.

Allah Sizi və dövlətimizi qorusun.

Hörmətlə,

Aytəkin Xəlilzadə

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu. 

***

Hörmətli cənab Prezident.

Sizin elmə, biliyə və müəllimə verdiyiniz dəyər və diqqət göz önündədir. Bir neçə gün əvvəl müəllimlərin maddi rifah halının yüksəldilməsi ilə əlaqədar imzalanmış sərəncamlar buna ən bariz nümunədir.

Çox sağ olun, cənab Prezident. Füzuli rayon sakini və təhsil işçisi olaraq, mən Sizə minnətdaram. Allah Sizi qorusun.

Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Hörmətlə,

Zülfüqarova Ülviyyə Məhərrəm qızı

Füzuli rayon 48 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.